Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı

Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı

Tarix: 21 Aprel 2020 10:56

Bakı. Trend:

Kolumbiyada ümummilli karantin rejiminin müddəti mayın 11-dək uzadılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Boqotada çıxışı zamanı Kolumbiya prezidenti İvan Duke deyib.

İ.Duke bildirib: "Biz məcburi izolyasiya müddətinin mayın 11-dək uzadılması barədə qərar qəbul etdik".

Kolumbiya prezidenti əlavə edib ki, tikinti və istehsal sahələri üçün istisnalar nəzərdə tutulur.

Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı martın 6-sı qeydə alınıb. Hazırda Kolumbiyada 3 977 nəfər koronavirusa yoluxma halı təsdiqlənib, 189 koronavirusdan dünyasını dəyişib, 804 nəfər isə sağalıb.


Etiketlər:  Kolumbiyada ümummilli karantinin müddəti uzadıldı


RƏYLƏR