Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 12:36
"Arsenal"ın futbolçusu Məsut Özil klubun maaşları azaltmaq təklifinə qarşı çıxıb.
Qol.az "Mirror"a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi maaş məsələsində London təmsilçisinə güzəşt etmək istəməyib. 31 yaşlı oyunçu koronavirusun maliyyə nəticələrini qiymətləndirmək üçün ona vaxt lazım olduğu vurğulayıb.
Bildirilib ki, Özillə yanaşı, daha 2 futbolçu buna qarşı çıxıb. Ancaq həmin oyunçuların adları yazılmayıb.
Qeyd edək ki, "Arsenal" oyunçular və məşqçi heyəti ilə aylıq məvacibin 12.5 faiz azaldılması ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Xatırladaq ki, Özil London klubunda ən yüksək maaş alan futbolçudur. O, həftəsinə 350 min funt sterlinq qazanır