Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 13:33
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin övladlığagötürmə fəaliyyəti sahəsi üzrə məsul əməkdaşları üçün distant təlimlərə başlanıb.
Nazirliyin Trend-ə verilən məlumata görə, təlimlərdə məqsəd övladlığa götürülmüş uşaqların ailələrdəki vəziyyətinin, inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə pandemiya şəraitində distant (telefon, video zəng və.s) formada monitorinqlərin aparılması, pandemiya ilə bağlı onların valideynlərinin maarifləndirilməsi ilə bağlı əməkdaşların bilik və bacarıqların artırılmasıdır.
Aprel-may ayları ərzində davam edəcək təlimlər UNİCEF-in dəstəyi ilə təşkil edilib. Təlimləri UNİCEF-in beynəlxalq məsləhətçisi, övladlığagötürmə sahəsində yüksək ixtisaslı britaniyalı mütəxəssis Hugh Salmon aparır.