Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 17:20
Bakı. Trend:
Sakit okeanda, Tonqa adaları sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 10:36-da qeydə alınan yeraltə təkanların episentri Ohonua yaşayış məntəqəsindən 61 kilometr cənub-şərqdə, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin