Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 74 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 74 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib

Tarix: 21 Aprel 2020 17:36

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 74 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılmışdır.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxub nəfər müalicə olunaraq sağalıb nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ