Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 21:16
"Ayntraxt"ın hücumçusu Luka Yoviç daha bir klubun maraq dairəsinə düşüb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Serbiya millisinin üzvünü "Tottenhem" transfer etmək istəyir. 22 yaşlı futbolçunun da Premyer Liqada oynamağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Frankfurt klubunun bombardiri "Real" və "Barselona"nın da transfer gündəmindədir. Madrid təmsilçisi təzminat qiymətində "Ayntraxt"la razılığa gələ bilmir.