Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 11:36
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) UEFA-ya beynəlxalq futbol yarışlarını 2021-ci ilin sonunadək dayandırmağı tövsiyə edib.
Trend-in məlumatına görə, bu məsələ hər iki təşkilatın nümayəndələri arasında videokonfrans zamanı müzakirə olunub.
Qeyd olunur ki, konfrans 2 saatdan çox davam edib. ÜST nümayəndələri Avropanın ali futbol qurumuna koronavirus pandemiyasının mümkün inkişaf ssenariləri ilə bağlı proqramlar nümayiş etdirib.
Bu proqramlar əsasında beynəlxalq yarışların dayandırılması tövsiyə edilib.
Ötən gün UEFA üzv ölkələrə yarımçıq qalan milli çempionatların başa çatdırılmasını tövsiyə edib. Bundan əlavə, yaxın zamanlarda beynəlxalq yarışların təqvim planı da müzakirə olunacaq.