Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Başqaları soyunduqca, Sevdayla Zülfiyyə geyindi…”

“Başqaları soyunduqca, Sevdayla Zülfiyyə geyindi…”

Tarix: 22 Aprel 2020 14:20

Qadınlar kişilərdən daha güclüdürlər. Bunu inkar etmirəm.

Sonxeber.net xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində müğənni Akif İslamzadə deyib.

Sənətçi bir neçə ay öncə Əməkdar artisti Sevda Ələkbərzadənin mahnı oxuyarkən onun qarşısında diz çökməsi barədə danışıb:

"Sevda Ələkbərzadə orda "Laçın" mahnısı oxuyanda onun ifası o qədər mənə təsir elədi ki, haldan-hala düşdüm, gözlərim yaşardı. O, peşəkardır. Özü də fikir verin başqaları soyunduqca, o, Zülfiyyə xanım (Zülfiyyə Xanbabayeva - red.) geyindilər.

Repertuarımdan ən çox mahnı ifa edən Sevda xanım olub. Amma bu, o demək deyil ki, o, oxuyub məni təqlid edib. Yox. Ona qulaq asanda başa düşürəm, hiss edirəm ki, onun ifasında təsirim var. Heç vaxt demərəm ki, Sevda xanım məni yamsılayır. Onun musiqiyə öz münasibəti var, mahnını öz süzgəcindən keçirə bilir. Belə adamlara elmli adam deyilir. Elm də vergi kimi bir şeydir. Tanrı bunu kiməsə verir, kiməsə yox.

Xanəndə var ki, əlli il oxuyur, amma onun muğama dəxli olmur. Bizim muğamın alt qatı var. Həmişə demişəm ki, xanəndənin dərəcəsi, məqamı müğənnidən yüksəkdir. Burada ideal xanəndədən, müğənnidən danışıram. Elə xanəndə var ki, başqa bir müğənninin əlinə su tökməyə yaramaz. Ümumi götürəndə, ideal xanəndənin məqamı yüksəkdir. Çünki xanəndəlik başqa bir elmdir. Hər adam üçün də o qapı açılmır".


Etiketlər:  Başqaları soyunduqca Sevdayla Zülfiyyə geyindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ