Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İlk sponsorum Gülüstan Əliyeva olub''

''İlk sponsorum Gülüstan Əliyeva olub''

Tarix: 22 Aprel 2020 17:05

Həyatımda üç-dörd önəmli şəxs var ki, onlarla bu gün də dostam. Onlar mənim həm sənət, həm də həyat dostlarımdır.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli ATV telekanalında yayımlanan "Üçümüz" verilişində qonaq olarkən deyib. İfaçı sənətə gələndə ona dəstək olanların adlarını açıqlayıb:

"İlk klipimin sponsorluğunu Əməkdar artist Gülüstan Əliyeva edib. Bunu illər öncə etiraf edəndə Gülüstan xanım şok keçirdi. "Axı sən bunu niyə söylədin?" dedi. Çox zaman sənət adamları belə məsələləri danırlar. O zamanlar maddi sıxıntılarım var idi. Sağ olsun Gülüstan xanım. O, mənə yardım əlini uzatdı. Bu günə kimi onunla dostam. Yaş fərqimiz olsa da, onunla eyni bürcdənik.

Məni ilk dəfə toya aparan isə Əməkdar artist Aygün Bəylər olub".


Etiketlər:  İlk sponsorum Gülüstan Əliyeva olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ