Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 18:25
"Eşq" fars musiqisidir. Çoxları elə bilir mənimdir, deyirlər oğurlayıb. Mənim oğurluğa ehtiyacım yoxdur. Götürüm hansısa musiqinin notundan istifadə edim? Etmərəm".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Üçümüz" verilişində deyib. Sənətçi "Eşq" mahnısının musiqisini oğurlamaqda onu ittiham edənlərə cavab verib.
Ramal daha sonra karantin günlərini necə keçirməsindən bəhs edib. O, bütün günü evdə iş gördüyünü söyləyib. İfaçı "Sevirsiz" sualına belə cavab verib:
"Sevirəm, sevgisiz insan olar? Evdə görmədiyim iş qlamayıb: lampaya, tok taxılan yerə kimi dəyişmişəm. Paltar tikib, mahnı yazmışam. Neçə aylardır evim belə təmiz olmamışdır. Hətta evdə klip də çəkdim.
Bu bəla insanı düşündürməyə vadar edir. Bu qədər zarafatların içində bir qorxu da var".