Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Tarix: 23 Aprel 2020 18:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 min şəxs üçün birdəfəlik vəsaiti köçürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirlik işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfəri üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidiyyəti üzrə köçürdü.

Birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Həmin şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt" MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə 66,5 milyon manat vəsait ödənilib.

Milli.Az


Etiketlər:  Daha şəxs üçün birdəfəlik vəsait köçürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ