Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amazon mağazası müştəri sifarişinə tab gətirmədi - Tələbat həddən artıq çoxdur

Amazon mağazası müştəri sifarişinə tab gətirmədi - Tələbat həddən artıq çoxdur

Tarix: 23 Aprel 2020 20:12

İnsanlar kütləvi şəkildə tualet kağızı almaqda davam edir.

Nəhəng internet mağazalarından biri "Amazon" rəsmi internet saytında dəyişiklik edib. Artıq alıcılar çoxlu sayda məhsul sifariş edə bilməyəcəklər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət nümayəndələri alıcıların sorğusu ilə bacara bilmirlər.

Buna görə də, "Amazon" rəsmi saytında alqoritmi dəyişib. Həmçinin onlayn mağaza hər bir xüsusi alıcı üçün məhsul tövsiyələri olan sahələri silib. Bundan əlavə, şirkət Analar Günü (10 May), Ata Günü (21 İyun) və Prime Day Günü üçün ənənəvi satışlarını ləğv edib.

Məlumata görə, "Amazon" şirkəti əl üçün dezinfeksiya məhsullarına və tualet kağızına edilən sifarişləri çatdıra bilmir.

Şirkət rəhbəri hazırkı sifariş sayının "təchizatçılar və çatdırılma şəbəkəsi üçün ciddi problem olduğunu" bildirib.

Qeyd edək ki, bir müddət əvvəl KİV-də yayılan məlumatlara əsasən, "Amazon"un ən böyük anbarlarından birində işləyən işçidə koronavirus aşkarlanıb. Virus aşkarlanmazdan əvvəl isə anbarı şirkətin rəhbəri ziyarət edib.


Etiketlər:  Amazon mağazası müştəri sifarişinə gətirmədi Tələbat həddən artıq çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ