Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslara koronavirusun evdə müalicəsi üçün sadə bir tövsiyə verildi

Ruslara koronavirusun evdə müalicəsi üçün sadə bir tövsiyə verildi

Tarix: 24 Aprel 2020 05:03

Rusiyada evdə müalicə olunan və koronavirusu yüngül keçirən xəstələrə daha çox alkoqolsuz içkilər içməyi məsləhət görüblər.

Rusiyada evdə müalicə olunan və koronavirusu yüngül keçirən xəstələrə daha çox alkoqolsuz içkilər içməyi məsləhət görüblər. Bu, "ən sadə tövsiyədir", - deyə Rospotrebnadzorun (Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Federal Nəzarət Xidməti)  Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini Vadim Pokrovski Rusiya mediasına bildirib.

Sonxeber.net sputnik.az-a istinadən bildirir ki, Pokrovskinin sözlərinə görə, çoxlu miqdarda maye qəbul edərkən toksinlər orqanizmdən "təbii üsulla" yuyularaq çıxır.

Epidemioloq həmçinin əlavə edib ki, xəstəliyin yüngül gedişi temperaturun olmaması hesab olunur. Belə pasientlər xəstəxanaya yerləşdirilmir. Yüngül müalicə müddəti təxminən bir həftə davam edir, lakin karantindən çıxış yalnız virus testinin nəticələri mənfi çıxdıqdan sonra baş verir.

Pokrovski deyib ki, evdə müalicə olunan pasiyentə karantinin və dərman preparatlarının qəbulunun düzgün yerinə yetirilməsinə dair tövsiyələr verilir. Xəstə qohumları ilə əlaqələri minimuma endirməli və ümumi məişət əşyalarından istifadə etməməlidir. Epidemioloq bildirib ki, imkan daxilində evi tez-tez dezinfeksiya etmək və otağı havalandırmaq lazımdır.

Rusiya Səhiyyə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, evdə müalicə olunan xəstələrlə həkim-infeksionistlər və terapevtlər telefon vasitəsilə əlaqə saxlayırlar. Bundan əlavə, bir neçə gündən bir həkimlər xəstələri ziyarət edir və müayinə aparırlar.

Rusiyada bir sutka ərzində 5642 koronavirusa yoluxma halı qeydə alınıb. Pandemiyanın başlanğıcından indiyədək ölkədə yoluxmuş şəxslərin ümumi sayı 50 mini keçib, 456 nəfər ölüb.


Etiketlər:  Ruslara koronavirusun evdə müalicəsi üçün sadə tövsiyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ