Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 09:54
"Bavariya" qapıçısı Manuel Noyerlə yeni müqavilə ilə bağlı danışıqları bərpa edib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi 34 yaşlı qolkiperə 3 illik müqavilə və ilinə 12 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir.
Xatırladaq ki, bundan əvvəl alman qolkiper yeni müqavilə ilə bağlı klubu ilə danışıqları dayandırmışdı. O, müqavilə şərtləri ilə bağlı tələblərinin (2025-ci ilin yayına qədər müqavilə, illik 20 milyon avro) mətbuatda yayılması səbəbindən bu addımı atmışdı. Ancaq sonra Noyer qərarını dəyişmişdi və tələblərini azaltmışdı.