Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 15:46
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 11 ayin sultanı Ramazanın gəlişi münasibətilə Şəkidə bir qrup gənc və xeyirxah market nümayəndələri Azərbaycanda bir ilkə imza atıblar. Belə ki, onlar Osmanlı mədəniyyətinin gözəl adətlərindən olan "ASQIDA ÇÖRƏK" layihəsinə start veriblər.
Asqıda çörək nədir?
Asqıda çörək Osmanlı dönəmindən günümüzə yadigar qalan yardımlaşma və dayanışmanın ən gözəl nümunələrindən biridir. Bu yardımlaşmada xeyirxah insanlar özlərinə çörək alarkən ehtiyac sahiblərini də düşünür, onlar üçün də çörək alaraq asqıya asırlar. Ehtiyac sahibləri isə heç kimdən soruşmadan öz ehtiyacları qədərini götürürlər. Bu xeyirxah əməldə yardım edənlə, yardımdan istifadə edən bir-birini əsla tanımır. Bu isə islam dininin təməl yardımlaşma şərtlərindən biridir. Yardımı edən də, yardımı götürən də bu işin Allah rızası üçün olduğunu bilir. Bu işin ən gözəl tərəfi də odur ki, bu gün ehtiyac sahibi olan biri, sabah zəngin olduqda keçmiş günlərini xatırlayır və özü də bu xeyirxah əmələ qoşularaq diger ehtiyac sahiblərini sevindirir.
Artıq Şəkidə bir sıra dükan və marketlər bu xeyirxah işə qoşulublar.
"Ekonom" market, "Zumrud" market, "21-ci ƏSR" market, şəhərin dag dibi ərazisində yerləşən "Tural" market, pavilyon ərazisində yerləşən "Görüş" market və digər marketlər bu kampaniyaya başlayıblar.
Market və mağazalara mal verən orta və kiçik sahibkarlar da bu xeyirxah işdə yaxından iştirak edir, təhvil verdiyi malın ehsanlıq üçün nəzərdə tutduqları hissəsini pulunu əvvəlcədən hesabdan silirlər.
Bu çətin günlərdə bütün Şəki camaatı bu xeyirxah əmələ qatılır və bu yardımlaşmada birlik və bərabərlik nümayiş etdirərək örnək olurlar. İnşAllah "ASQIDA ÇÖRƏK" layihəsi davamlı olacaq və insanlar bu yardımlaşmanin mutlulugunu yaşayacaqlar.