Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

Böyük Britaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

Tarix: 24 Aprel 2020 17:20

Bakı. Trend:

Böyük Britaniyada Oksford Universitetinin mütəxəssisləri könüllülər üzərində koronavirus vaksininin sınağına başlayıb.

Trend-in məlumatına görə, “ChAdOx1 nCoV-19” adı verilən vaksin şimpanze virusu əsasında, koronavirusun genetik kodunun bir hissəsi əlavə olunmaqla yaradılıb.

Sınaqlar 18-55 yaş arası və sağlam 1100 könüllü üzərində aparılacaq. Sınaqların ilk günlərində gündə 3 nəfər peyvənd olunacaq.

Tədqiqatların beşinci günündə əvvəlki könüllülərdə anomaliyalar müşahidə olunmasa, daha çox şəxsə peyvənd ediləcək.

Sınaqların bir neçə ay davam edəcəyi deyilir.


Etiketlər:  Böyük Britaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ