Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 13:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, aprelin 25-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Aprelin 22-i axşam və 23-nə keçən gecə bəzi rayonlarda yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
U.Tağıyeva bildirib ki, aprelin 25-dən sonra havanın temperaturu yüksəlməyə başlayaraq iqlim normasına yaxınlaşacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin