Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 21:20
"Azərbaycanda peyvəndlərin kütləvi sınaqdan keçirilməsi halı hazırda yoxdur".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib:
"Bunun olmamasının səbəbi də peyvəndin tapılmasının mərhələsi ilə əlaqədardır. Birinci növbədə virus laboratoriyada izolyasiya, kultivasiya olunur. Bunun üçün xüsusi şərait lazımdır. Sonra izolə edilmiş virusun hansı antigenlərinin effektiv olduğu müəyyənləşdirilir və peyvənd hazırlanır. Hazırlanmış peyvənd laboratoriya şəraitində sınaqdan keçirilir və bioloji, yəni heyvan sınaqlarına keçilir. Burada da effekt görüldükdə könüllü insanlara arasında sınaq mərhələsinə - klinik sınaq mərhələsi olur və ondan sonra əlavə təsirlər yoxdursa, qoruyucu anticisimlərin əmələ gəlməsi baş verirsə, nəticələr qaneedicidirsə, ondan sonra kütləvi istehsalı başlanır və peyvənd tətbiq olunur. Bütün bunları ölkə olaraq çox yaxından təqib edirik. Konkret müalicə ilə bağlı da hər hansı yekun qərar yoxdur. Bizim özümüzün də elmi-statistik göstəricilərimiz var və bu yaxınlarda onlar da nəşrə göndəriləcək".