Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 12:40
Bakıda velosiped oğruları yaxalanıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Rayon sakini Sahib Bilalzadəyə məxsus velosiped naməlum şəxs tərəfindən oğurlanıb.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Mahir Həsənov və əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunan 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.