Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 13:32
Bakı. Trend:
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıda bilər.
Trend-in məlumatına görə, bunu 53 yaşlı sabiq boksçu özü deyib.
O, hazırda məşqlərini davam etdirdiyini bildirib.
M.Tayson əlavə edib ki, rinqdə 3-4 raund keçirə bilməsi üçün forma yığmağa çalışır.
Qeyd edək ki, ağır çəkidə mütləq dünya çempionu olmuş boksçu 2005-ci ildə karyerasını bitirib. Mayk Tayson karyerası ərzində keçirdiyi döyüşlərdə 44-ü nokautla olmaqla 50 qələbə qazanıb, 6 dəfə məğlub olub.