Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 17:48
"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".
Sonxeber.net "APA-Economics"ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında OPerativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək: "Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək".