Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“VÖEN-in 190 manata aidiyyatı yoxdur - RƏSMİ

“VÖEN-in 190 manata aidiyyatı yoxdur - RƏSMİ

Tarix: 25 Aprel 2020 18:22

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Vergi Xidmətinin bir necə gün əvvəl passiv VÖEN-i olan işsiz şəxslərə də 190 manat məbləğində birdəfəlik ödəmənin təyin edilməsinin mümkünlüyü ilə bağlı verdiyi açıqlamadan sonra belə şəxslərə müavinətin alınması üçün imtina cavabının verilməsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib ki, 190 manat məbləğində birdəfəlik müavinətin alınması üçün bir sıra zəruri meyarlar müəyyən edilib:

"Bu meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb. Bu meyarlara uyğun olaraq, bütün müraciətlərə baxılır və ödənişlər həyata keçirilir. Bu meyarlar arasında fərdin VÖEN-in olub-olmaması əhəmiyyət daşımır".

Ola bilsin ki, imtina cavabı verilən şəxslərin fərdi müraciəti məsələsinə aydınlıq gətirildikdən sonra fərdi müraciətin taleyinin nədən ibarət olduğu aidiyyatı qurumlara ünvanlanmalıdır".

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bu məsələ ilə çox söz-söhbətlərin olduğunu söyləyib.

O bildirib ki, bu məsələ ilə bağlı aprelin 23-də Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirinin müavini iə danışıb:

"Biz tam olaraq, razılaşmışıq. VÖEN-in bu məsələyə aidiyyatı yoxdur. VÖEN vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Nömrə burada əsas rol oynamır. Amma ola bilsin ki, kimlərsə həqiqətən hələ də ona imtina cavabının verilməsindən narazılıq edir. Nəzərə almaq lazımdır ki, bunlar 2 gün əvvəl imtina cavabı alan insanlar da bu gün müraciət edərək narazılıq edə bilərlər. Burada başqa məsələlər də ola bilər. Düşünürəm ki, burada heç bir fikir ayrılığı, ziddiyyət yoxdur. Amma hər halda ortaya bir sual çıxarsa, onda o araşdırılmalıdır və aidiyyatı qurumlar bunun cavabını verməlidir".

Milli.Az


Etiketlər:  VÖEN manata aidiyyatı yoxdur RƏSMİ


RƏYLƏR