Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 20:06
Ürək vurğusu, nəbz təzyiqlə yanaşı çox vacib ürək göstəricisidir. Təzyiqi ölçdükdə bu göstərici də hesablanır. Məhz ürək vurğuları aritmiya, stenokardiya, taxikardiya kimi ürək problemlərinin təyinində əsas götürülür.
Sonxeber.net medicina.az-a istinadən yaşa görə nəbzin normal göstəricilərini təqdim edir. Bundan kənara çıxmalar artıq patologiya hesab olunur.
Nəbz, ritm, ürək vurğusu - ürək əzələlərinin yığılıb açılmaqla qan damarlarına qanın ötürülməsi prosesi zamanı yaranan fizioloji haldır.
Ona görə nəbz ürək vurmasının ritmikliyini, eləcə də ürək qan damarlarının vəziyyətini göstərir.
Sağlam ürəyin hər nəbzi arasında fasilə və vurğu eyni, bərabər olmalıdır. Nəbzin gah aşağı, gah yuxarı intervalda olması həm ürək, həm qan damar, həm də endokrin vəzilərin işinin pozulmasından xəbər verir.
Körpələrdə və uşaqlarda ritm yuxarı olur, bu normaldır. Böyük insanda nəbzin sakit vəziyyətdə vurğusu dəqiqədə 60-90 arası olmalıdır.
Fiziki iş, idman, qaçış, ciddi stress, yerindən qəfil qalxmaq və s zamanı nəbzin 100-ə qalxması baş verir və bəzən bu normaldır.
Əgər nəbz gündə 110-120-ə çatırsa və xəstədə təngnəfəslik, ürəyin çırpınması kimi hallar baş verirsə, yubatmadan kardioloqa müraciət edərək, EKQ, EXQ olunur və sutkalıq nəbz monitorinqi aparıır.
Norma cədvəli
Normalara görə, 50 yaşa kimi ideal nəbz 60-80 arasındadır. Qadınlarda 70-85 çata bilər. 50 yaşdan sonra göstərici 10 rəqəm artır. Amma bəzi beynəlxalq normalar müasir insanınb həyat şəraitini və strerin miqdarını nəzərə alıb, 90-a qədər olması normaldır.