Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dünya əvvəlki kimi olmayacaq" — Pavel Durov pandemiyanın nəticələri haqqında danışdı

Tarix: 25 Aprel 2020 22:24

Pavel Durov koronavirusla əlaqədar sivilizasiya irəliləyişini proqnozlaşdırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Telegram-ın yaradıcısı Pavel Durov pandemiya sona çatdıqda dünyanın əvvəlki kimi olmayacağını söyləyib.

Durovun sözlərinə görə, tezliklə sivilizasiya dəyişikliyi baş verəcək və bunun nəticəsində yeni dünya yaranacaq.

"Pandemiya sona çatanda dünya artıq əvvəlki kimi olmayacaq. Nəticələri bir neçə nəslə təsir edəcək, bununla sivilizasiya dəyişikliyinə şahid ola biləcəyik. Biz elə etməliyik ki, yeni dünya geridə qoyduğumuz dünyadan daha yaxşı olsun", - deyə Durov özünəməxsus Telegram kanalında paylaşım edib.

Onunun fikrincə, karantin rejimi insanlara daha yaxşı seçim yaratmağa kömək etməlidir. Ondan əlavə, texnologiyanın da belə bir zamanda bəşəriyyət üçün necə dəyərli olduğunu sübut etmək şansı var.

"Telegram komandası təkcə virusun yayılmasını və yanlış məlumatların qarşısını almaq üçün deyil, həm də irəliləmək üçün hər cür səy göstərməlidir".

Milli.Az


Etiketlər:  Dünya əvvəlki kimi olmayacaq Pavel Durov pandemiyanın nəticələri haqqında danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ