Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 11:10
“Feyenoord”un 19 yaşlı hücumçusu Orgun Kökçü Avropanın dörd məşhur klubunun maraq dairəsinə düşüb.
Qol.az xəbər verir ki, bu barədə İspaniyanın estadiodeportivo.com saytı məlumat yayıb. İstedadlı futbolçunu “Sevilya, “Real Betis”, “Arsenal” və “Çelsi”nin yaxından izlədiyi bildirilir.
Qeyd edilir ki, Kökçünün klubu ilə müqaviləsi 2023-cü ildə başa çatsa da, türk futbolçu artıq bu yay Rotterdam klubunu tərk etmək istəyir. Transfermarkt saytında onun bazar qiymətinin hazırda 12,5 milyon avro təşkil etdiyi göstərilib.
İspan mətbuatı yazır ki, “Sevilya” rəsmisi Ramon Monçi artıq futbolçunun özü və klubu ilə Rotterdamda danışıqlar aparıb.
Qeyd edək ki, Orgun Kökçünün böyük qardaşı Ozan Can Kökçü hazırda “Sabah” klubunda çıxış edir. Ozan Rəşad Sadıqovun baş məşqçi olduğu vaxtda Azərbaycanın U-21 millisində də oynayıb.