Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 14:26
"Aston Villa" klubu koronavirus pandemiyasına görə yaranmış iqtisadi çətinliklərlə əlaqədar futbolçularının məvacibini azaldıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçu və məşqçi heyətinin maaşında 25 faizlik endirim edilib.
Qarşıdakı dörd ay ərzində məvaciblər məhz bu formada ödəniləcək. Klub bununla həm maddi itkilərini azaltmaq, həm də digər işçilərini saxlamaq məqsədi güdür.
Qeyd edək ki, "Aston Villa" yarımçıq dayandırılmış Premyer Liqada 28 oyuna topladığı 25 xalla 19-cu pillədə qərarlaşıb.