Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FTB-nin sabiq agenti erməni mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəsi olan vəkildən rüşvət almaq ittihamı ilə həbs olunub

FTB-nin sabiq agenti erməni mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəsi olan vəkildən rüşvət almaq ittihamı ilə həbs olunub

Tarix: 26 Aprel 2020 15:52

Bakı. Trend:

FTB-nin sabiq agenti erməni mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəsi olan vəkildən rüşvət almaq ittihamı ilə həbs olunub.

Bu barədə Trend ABŞ-ın Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumatda deyilir: "Ötən il pensiyaya çıxan Lafayetdən (Kaliforniya ştatı) olan 53 yaşı Babak Brumand FTB-nin xüsusi agenti vəzifəsində 20 il çalışdıqdan sonra erməni mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəli vəkilə məxfi məlumat vermək qarşılığında 200 min dollardan çox rüşvət və hədiyyələr aldığı üçün federal cinayət ittihamı ilə həbs edilib".

Qeyd edilir ki, 2015-ci ilin əvvəlindən 2017-ci ilədək Brumand təxminən ayda 10 min dollar rüşvət alırdı. Rüşvət lisenziyalı vəkil tərəfindən verilirdi: "Brumand və vəkil birincinin hüquq-mühafizə orqanlarından məxfi məlumatlar verəcəyinə razılaşıblar".

Bildirilir ki, FTB-nin sabiq agenti və vəkil 2014-cü ildə tanış olublar: "2015-ci ildə vəkil agentə "bəzi işlərlə" məşğul olmağı təklif edib və Brumand razılaşıb. Vəkil Brumanda "müdafiə və məlumata" görə ayda təxminən 10 min dollar ödəyib. Bundan sonra vəkil Brumanddan Levon Termendzyanı (mütəşəkkil cinayətlə əlaqəsi olan şəxs) FTB-nin məlumat bazasında yoxlamağını istəyib. Məlumat bazasında axtarış FTB tərəfindən Los-Ancelesdə aşkar edilib və Brumandın 2015-ci ilin yanvar ayında dəfələrlə Termendzyanla bağlı materiallar axtardığı ortaya çıxıb. Ehtimal edilir ki, Brumand FTB-də Termendzyanın işi üzrə materiallara 2016-cı ilin may ayında giriş əldə edib".

Qeyd edilir ki, eyni zamanda Lev Aslan Dermen kimi tanınan Termendzyan ötən ay tərəfindən 1 milyard dollar dəyərində bərpa olunan yanacaq üzrə vergilərdə fırıldaqçılığa görə federal məhkəmə tərəfindən məhkum edilib.


Etiketlər:  sabiq agenti erməni mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəsi olan vəkildən rüşvət almaq ittihamı ilə həbs olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ