Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı? - Evdə 2 dəqiqəlik TEST

Adi çay qaşığı ilə sağlamlığı necə yoxlamalı? - Evdə 2 dəqiqəlik TEST

Tarix: 26 Aprel 2020 23:21

Bu metod hələ sovet illərindən dəbdədir. Bir çoxları nəticəsinin 100% olduğunu bildirir. Evdə bir çay qaşığı ilə sağlamlığınızda bəzi problemləri aşkara çıxara bilərsiz.

Sonxeber.net medicina.az-a istinadən bu metodu təqdim edir.

Onu evdə istənilən adam özü üçün edə bilər.

Səhər yuxudan oyanan kimi çay qaşığını götürüb, arxa hissəsini dilinizin üzərinə, bir qədər arxaya doğru da olmaqla bir iki dəfə sürtüb, dilin üzərində 3 dəqiqə saxlayırsız.

Sonra qaşığı götürüb, 1 dəqiqənin ərzində bu sxemlə nəticə çıxarmalısız.

- Qaşıqdan pis qoxu gəlirmi, üzərində ərp varmı?

Əgər bunlar yoxdursa, təbrik edirik, siz sağlamsız. Əgər varsa, deməli, problemlər var.

- Ağ, sarı ərp - qalxanvari vəz problemidir.
- Bənövşəyi ləkə, ərp - nadir halda olur, amma varsa qanda xolesterin, ürək problemi və bronxit əlamətidir
- Narıncı ərp- böyrək problemidir
- Kəskin, dözülməz qoxu - mədə-bağırsaq, həzm xəstəlikləri
- Şirin qoxu - diabet və şəkərdən öncəki ərəfə
- Ammiak qoxusu - böyrək problemləri var

Qaşıq testiniz yaxşı çıxmayıbsa, ilk işiniz terapevtə müraciət etməkdir.


Etiketlər:  çay qaşığı ilə sağlamlığı necə yoxlamalı Evdə dəqiqəlik TEST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ