Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uzunömürlülük yeməyi'' RESEPTİ - 85 yaşlı bolqar nənələrin SİRRİ

''Uzunömürlülük yeməyi'' RESEPTİ - 85 yaşlı bolqar nənələrin SİRRİ

Tarix: 27 Aprel 2020 02:33

Bu resepti 85 yaşlı bolqar nənə "ZoJ" dərgisində dərc etdirib. Belə ki, Bolqarısranda uzun ömür sürən kəndlərin sakinləri, xüsusən qadınlar tez-tez məhz bu yeməyi payız və qış aylarında bişirib yeyirmişlər.

Min dərdin dərmanı olan bu yeməyin tərkibi mədə-bağırsaq, qaraciyər və böyrəklər üçün çox faydalıdır, immuniteti gücləndirir.

Sonxeber.net medicina.az-a istinadən ömrünüzü uzadacaq bu resepti təqdim edir.

Ərzaqlar:

Çuğundur - 4 ədəd
Kök - 2 ədəd
Balqabaq - 150 qr
Soğan -2 ədəd
Cəfəri - 20 qr
Kərə yağı - bir xörək qaşığı
Süd - 1 litr
Qaymaq - yarım stəkan
Su - 2 stəkan

Hazırlanması:

Baş soğan nazik xırda doğranılır, balqabaq, çuğundur, kök təmizlənir, sürtgəcdən keçirilir. Cəfəri doğranılır.

Kərə yağş tavada əridilir, tərəvəzlər burda 3-5 dəqiqə hazırlanır. Sonra qazana alınır, duz səpilir. Su və süd ayrılıqda qaynara düşənə kimi odda saxlanılır. Sonra qazandakı tərəvəz qarışımın üzərinə əlavə olunur.

Süfrəyə verəndə yanında qaymaq verilir.

Üzərinə yaşıl soğan və ya başqa göyərti səpə bilərsiniz.


Etiketlər:  Uzunömürlülük yeməyi RESEPTİ yaşlı bolqar nənələrin SİRRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ