Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın günlərdə daxili turizmin fəaliyyət mexanizmi işlənib hazırlanacaq

Yaxın günlərdə daxili turizmin fəaliyyət mexanizmi işlənib hazırlanacaq

Tarix: 27 Aprel 2020 09:32

Bakı. Trend:

Respublikada fəaliyyət göstərən turizm yönlü Assosiasiya və İctimai Birliklər bu çətin pandemiya dövründə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq və bu devizi rəhbər tutaraq, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə videokonfrans keçirilib.

AZTA-dan Trend-ə verilən məlumata görə, olduqca məhsuldar keçən iclasda Assosiasiya nümayəndələri pandemiya dövründə Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs etdilər. Özəl sektorun nümayəndələri təmsil etdikləri turizm müəssisələrinin mövcud problemləri və cari vəziyyəti haqqında məlumat verdilər, vəziyyətdən çıxış yolları üçün təkliflər səsləndirdilər. Qərara alındı ki, bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanacaq və müvafiq qurumlara və ictimaiyyətə təqdim olunacaq.

Yuxarıdakıları nəzərə alaraq görüşdə iştirak edən qurumlar arasında Assosiativ Tərəfdaşlıq haqqında Memorandum qəbul edilib. Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı inkişaf etdirmək, turizmin inkişafında vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığını yüksəltmək, hər bir qurumu təmsil edən mütəxəssislərdən ibarət “ beyin mərkəzinin” yaradılması, zəruri layihələrin birgə işlənməsi, ölkənin turizm potensialının üzə çıxarılması və təbliği kimi məsələlərdir.

AZTA idarə heyətinin sədri Əhməd Qurbanovun moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev, Skal International Baku-nun prezidenti Ceyhun Aşurov, (DAİR) Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi, Azərbaycan Ekoturizm Assosiasiyasının təsisçisi İsrafil Aşurlu, “Ekskursiya - bələdçisi” Klubunun sədri Samirə Quliyeva, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin İdarə Heyətinin Sədri Zurab İsrafilov, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin Sədri Qəhrəman Yusupov, “İctimai iaşə sahəsində maarifləndirmə” İctimai Birliyinin Sədri İldırım Musayev, Turizm eksperti və DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin üzvləri h.f.d. Dinara Ağaliyeva, Rəmiş Quliyev, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin üzvü c.f.d Vüqar Dərgəhov və digər turizm mütəxəsisləri iştirak ediblər.


Etiketlər:  Yaxın günlərdə daxili turizmin fəaliyyət mexanizmi işlənib hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ