Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 10:54
İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, siyahıda 3 futbolçunun adı yer alıb. Onlar arasında Azərbaycan millisinin futbolçusu, hazırda “Albasete”də çıxış edən Eddi İsrafilov da yer alıb. Onunla yanaşı, siyahıda İzet Hayroviç və Simone Verdinin də adı var.
Qeyd edək ki, 2015-ci ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçən 28 yaşlı yarımmüdafiəçi həmin mövsüm komandada cəmi 6 oyun keçirib. O, bu görüşlərin yalnız birində meydana əsas heyətdə çıxıb.