Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 12:30
Artıq bizi tərk etdiyin 40 gündür... Sənin haqqında "öldü" ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam. Ona görə də "tərk etdi" ifadəsini deyirəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova sosial şəbəkədə yazıb. Atası ilə fotosunu paylaşan sənətçi bunları qeyd edib:
"Axı sən ölməmisən, mənim ürəyimdə yaşayırsan. Düz 40 gün öncə, 16 mart, o tarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər... Mənim dünyam da söndü.
Yoxluğundan istifadə edib, bilib-bilmədiklərini danışdılar. Buna çox təəccüb etmədim əslində. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behiş olsun, atam. Mənə demişdin qızım, güclü ol, çunki mənim qızımsan. Sənə söz verdiyim kimi olacam. Ölməz əfsanəvi atam".
Qeyd edək ki, R.Dadaşovun əmisi qızı, Xalq artisti Brilliant Dadaşova bir neçə gün əvvəl İnstaqramda "Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə, öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.
Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki 2 ay" sözlərini yazmışdı.