Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 13:30
İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. La Liqa klubunun ən uğursuz transferləri arasında Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov da yer alıb. İsrafilovla birlikdə Simone Verdi və İzet Hayroviç 2015-ci ilin uğursuz transferlərindən olub. Eddi İsrafilov həmin ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçib.
27 yaşlı yarımmüdafiəçi perspektivli futbolçulardan sayılsa da, "Eybar"la sadəcə 6 oyunda iştirak edib və özünü göstərə bilməyib.
Eddi hazırda Sequnda təmsilçisi "Albasete"də çıxış edir. Yarımmüdafiəçi 13 dəfə də Azərbaycan millisinin formasını geyinib.