Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 15:14
Elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.
Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, cari ildə də müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün müsabiqənin təşkilində hər hansı maneə olmayacaq.
Həmçinin, bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilməkdədir.
Ölkədə COVİD-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.