Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 07:44
"Wi-Fi" üçün yeni tezlik diapazonu (6 QHs) rəsmən istifadəyə verilib. ABŞ-ın Federal Rabitə Komissiyası bu barədə qərar qəbul edib. Bu o deməkdir ki, artıq bir neçə ay sonra istifadəçilər daha sürətli simsiz internet və ev routerləri üçün daha çox boş kanal əldə edə biləcəklər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər bildiriblər ki, "Wi-Fi" üçün yeni tezlik diapazonunun istifadəyə verilməsi bağlantıları daha etibarlı edəcək. Bu həm pandemiya şəraitində, həm də yeni nəsil qurğularında qurulmuş biznes həllərinin reallaşdırılması üçün vacibdir. Müasir marşrutlayıcılar 2,4 QHs və 5 QHs diapazonlarında işləyir. Ancaq ev və sənaye qurğularının çox olması səbəbindən bəzən siqnallar bir-biri ilə kəsişir ki, bu da siqnalın itməsinə səbəb olur.
Qurğuların 2020-ci ilin sonunadək 6 QHs-lik yeni tezlik diapazonunu dəstəkləməyə başlayacağı gözlənilir. Yeni qurğularda xüsusi nişan - "Wi-Fi 6E" olacaq.