Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meydana tüpürən futbolçuya sarı vərəqə göstərilsin - FİFA-dan təklif

Meydana tüpürən futbolçuya sarı vərəqə göstərilsin - FİFA-dan təklif

Tarix: 28 Aprel 2020 09:10

FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D'Oqe futbol çempionatları bərpa olunduqdan sonra yeni bir qaydanın tətbiq edilməsini təklif edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "The Telegraph"a açıqlamasında bundan sonra futbolçuların meydana tüpürməsinin qadağan edilməli olduğunu bildirib. O, koronavirus pandemiyasına qarşı mübarizədə bu qadağanın vacib olduğunu deyib:

"Bu, heç gigiyenik deyil. Oyunlar başalayanda bundan qorunmalıyıq. Məncə, belə oyunçuları sarı vərəqə göstərməklə bu vərdişdən çəkindirmək olar. Çünki koronavirus hava-damcı yolu ilə keçir. Təkcə bu fakt matçları bərpa etmədən öncə hər məqama nə dərəcədə diqqət yetirməli olduğumuzu göstərir".


Etiketlər:  Meydana tüpürən futbolçuya sarı vərəqə göstərilsin FİFA təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ