Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 10:14
Argentinada 2019/2020 mövsümü vaxtından əvvəl başa çatdırılıb.
Qol.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia "TNT Sports"a müsahibəsində deyib. O, koronavirus səbəbindən bu qərarı verdiklərini bildirib. Qurum rəhbəri elitada 2 il ərzində heç bir klubun aşağı liqaya göndərilməyəcəyini söyləyib. Ancaq 2020/2021 mövsümündə yüksək liqada klubların sayı 24-dən 28-ə yüksəldiləcək.
Tapia ölkədəki futol matçların yalnız gələn ilin yanvarından bərpa olunacağını istisna etməyib.