Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmişlidə evdən pul və zinət əşyaları oğurlanıb

İmişlidə evdən pul və zinət əşyaları oğurlanıb

Tarix: 28 Aprel 2020 13:12

Bakı. Samir Əli - Trend:

İmişlidə evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib.

Məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.


Etiketlər:  İmişlidə evdən zinət əşyaları oğurlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ