Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin oyununun yeni vaxtı açıqlandı

Millimizin oyununun yeni vaxtı açıqlandı

Tarix: 28 Aprel 2020 13:40

21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindən təxirə salınan İsveçrə – Azərbaycan oyununun yeni vaxtı müəyyənləşib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 26-ı keçirilməli olan görüş koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.

 


Etiketlər:  Millimizin oyununun yeni vaxtı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ