Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 14:34
Xalq artisti Afaq Bəşirqızının son açıqlamalarının birində işlətdiyi "Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" ifadəsi əksər inasanlar tərəfindən birmənalı qarşılanmadı.
Sonxeber.net xəbər verir ki, bu gün saytların manşetini "bəzəyən" "Bakıda küçədən iki günlük körpə tapıldı" xəbəri Nadir Qafarzadənin xalq artistinin dediklərini xatırlatmağına səbəb olub.
Müğənni küçəyə atılan iki günlük körpə xəbərinə sərt reaksiyası ilə diqqət çəkib:
"Afaq xanım da elə bunu deyirdi, amma başqa yerə yozdular! Bəziləri oxumaq, işləmək adı ilə gəlirlər, ana, ata da elə bilir ki, qızları ya oğulları əməlli-başlı işlə məşğuldurlar. Daha demirlər ki, otellər, kafelər, saunaları zəbt edib, min oyundan çıxırlar. Hələ, yazıq ərəblərin canı necə dincəlib".
Məhəmməd Vaqif