Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 23:20
Cənubi Koreyanın LG Display şirkəti bu ilin birinci rübündə əldə etdiyi gəlir barədə hesabat yayımlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən şirkət üç ay ərzində 3,84 milyard dollar gəlir əldə edib.
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% azdır. LG Display-in zərəri 0,29 milyard dollar təşkil edib.
Şirkət gəlirinin 32%-i mobil qurğular üçün istehsaldan əldə edilib. 31%-i isə televizor istehsalından qazanılıb.
Planşet və kompüterlər şirkət gəlirinin 20%-ni, monitordan əldə edilən gəlir isə 17%-ni təşkil edir.