Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 01:14
"Arsenal"ın futbolçusu Məsut Özilin London klubundakı gələcəyi qeyri-müəyyəndir.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 31 yaşlı yarımmüdafiəçiyə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmağı hələ təklif etməyib.
Bildirilib ki, türkəsilli alman oyunçu yaşına görə baş məşqçisi Mikel Artetanın uzunmüddətli planlarında yer almaya bilər. Klubun onu satmasının mümkün ola biləcəyi vurğulanıb Ancaq həftəlik 350 min funt sterlinq olan yüksək maaşı Özilə başqa klubların marağını azalda bilər.
Qeyd edək ki, Özil bu mövsüm Premyer Liqada 18 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.