Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 11:18
"Yuventus"un futbolçusu Paulo Dibalada növbəti dəfə koronavirus aşkarlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun testi 6 həftə ərzində 4-cü dəfə müsbət çıxıb.
O, məşq zamanı nəfəs darlığı hiss etdiyini və buna görə də testdən keçdiyini bildirib. Argentinalı hücumçu öskürək, halsızlıq və digər narahatlığının olmadığını da deyib.
Qeyd edək ki, daha əvvəl Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.