Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın avtomobil yükdaşımalarından gəliri artıb

Azərbaycanın avtomobil yükdaşımalarından gəliri artıb

Tarix: 29 Aprel 2020 12:36

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan 1,81 milyard dollar məbləğində avtomobil yükdaşımaları həyata keçirib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə avtomobil nəqliyyatı vasitəsilə 879,5 min ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 6,03 faiz çoxdur.

Avtomobil nəqliyyatı vasitəsilə ixrac yükdaşımalarının həcmi 288 056 ton (7,4 faiz azalma), məbləği 304,4 milyon dollar (13,2 faiz artım) təşkil edib.

Eyni dövrdə avtomobil nəqliyyatı vasitəsilə idxal yükdaşımalarının həcmi 591,5 min ton (12,9 faiz artım), məbləği 1,5 milyard dollar (13,3 faiz artım) təşkil edib.

Ümumilikdə, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın ticarət dövriyyəsi 6,8 milyard dollar, ixracı 4,21 milyard dollar, idxalı 2,6 milyard dollardan çox alıb.


Etiketlər:  Azərbaycanın avtomobil yükdaşımalarından gəliri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ