Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi-dən saç uzadan elektron daraq

Xiaomi-dən saç uzadan elektron daraq

Tarix: 30 Aprel 2020 21:40

Xiaomi saç tökülməsi MN-in qarşısını alan elektron daraq istehsal edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, daraq eyni zamanda saçların sürətlə uzanmasına da kömək edir. Elektron daraq plastik dişlərinin arasından yaydığı işıq vasitəsilə saç köklərinə təsir edir. Bu zaman qırmızı və yaşıl işıqlardan istifadə olunur. Daraq üzərindəki kiçik düymə vasitəsilə işə salınır. Düyməni vurduqdan sonra işıqlar yayılmağa başlayır və saçın uzanma müddətini azaldır. Elektronikanın saç dərisini təmizlədiyi, yağlılığı azaltdığı, qapanan məsamələri açdığı da bildirilir. Məhsulun daraq hissəsini çıxararaq yumaq da mümkündür. Elektron darağın satış qiyməti isə 56 avrodan başlayır. Daraq 16-24 həftə istifadə etdikdən sonra nəticə verməyə başlayır.


Etiketlər:  Xiaomi dən saç uzadan elektron daraq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ