Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 12:44
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 22,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,61 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 21,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,82 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 19,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,72 dollar/barel çoxdur.