Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 14:05
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Şəbnəm Tovuzlu olub.
Sonxeber.net bildirir ki, müğənni onu zövqsüz adlandıranlara səslənib:
"Kim mənə zövqsüz deyirsə, qoy desin. Təki mən abırımla zövqsüz olum. Eybi yox. Abırsız, dekoliteli geyimlər zövqdürsə, siz geyinin. Siz zövqlü olun, qoyun mən zövqsüz olum, nə olar. Açıq-saçıqlığı tərz-modamı bilirlər? Mən ailəli insanam. Açıq-saçıq, biədəb geyimləri geyinə bilmərəm. Çünki ən azından mən qız, oğul anasıyam, həyat yoldaşıyam. Ona görə mən həmişə geyimimə fikir verirəm. Bütün geyimlərimi də kontrol edirəm, çox da gözəldir".