Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: İkinci dalğa birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər

ÜST: İkinci dalğa birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər

Tarix: 1 May 2020 15:06

Bakı. İlhamə İsabalayeva - Trend:

İkinci koronavirus dalğası, birinci dalğa zamanı xəstələnməyən insanların virusla qarşı-qarşıya qalmaları və xəstələnməsi nəticəsində ortaya çıxa bilər.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, əgər pandemiyanın qarşısının alınması üçün gördüyümüz tədbirlər səmərəsiz olsa, ikidən də çox dalğa olacaq:

“Bu dalğalar yavaş-yavaş, kiçik halda yaranarsa, səhiyyə sistemi onların öhdəsindən gələ bilər. 2-ci, 3-cü dalğa məsələsindən qorxmayın. Ən önəmli olan məsələ budur ki, özümüzü qoruyaq, virusun insandan insana keçməsinin qarşısını alaq”.


Etiketlər:  ÜST İkinci dalğa birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ