Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda kimyəvi silaha qarşı mübarizə sahəsində yeni qanun qəbul edilir

Azərbaycanda kimyəvi silaha qarşı mübarizə sahəsində yeni qanun qəbul edilir

Tarix: 1 May 2020 15:42

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.

Qanuna əsasən, Azərbaycanda kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması (yığılması), yaxud birbaşa və ya dolayı yolla onun başqa şəxslərə verilməsi, kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıqda iştirak etmək, bu Qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək qadağan olunur.

Həmçinin qanuna əsasən, kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadəsinə, kimyəvi silahlara və toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyətə, kimyəvi maddələrin toksik xüsusiyyətlərindən kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istifadə istisna olmaqla digər hərbi məqsədlər üçün istifadəyə, kimyəvi vasitələrdən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadəyə yol verilir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq II oxunuşda qəbul edilib.


Etiketlər:  Azərbaycanda kimyəvi silaha qarşı mübarizə sahəsində yeni qanun qəbul edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ