Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlı: Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir

Ramin Bayramlı: Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir

Tarix: 1 May 2020 17:30

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, amma aprelin 27-dən sonrakı həftə ərzində karantin rejiminin yumşaldılması ilə əlaqədar yolxuma sayının azalmasında da bir azalma müşahidə edilir. Bu da onu göstərir ki, biz hər cür ssenariyə hazır olmayıq:

"İndiyədək Azərbaycanda 1 854 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Hazırda 464 nəfər aktiv xəstə Bakıda və regionlarda ayrılmış xüsusi xəstəxanalarda müalicəsini davam etdirir. Onların 20-si reanimasiyadır ki, bu xəstələrdən 8-i süni tənəffüs aparatına qoşulub".

R.Bayramlı bildirib ki, ölkə üzrə yoluxma hallarının təxminən 50 faizi Bakının payına düşür. Yoluxma halalrının 22 faizi 50-59 yaşlı insanlar arasında qeydə alınır. Yoluxma halları daha çox qadınlar arasında müşahidə edilir.


Etiketlər:  Ramin Bayramlı Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir


RƏYLƏR